Kontent Yaradıcılığına keçidim barədə

Profile Picture Kanan Nuruyev
Content Creation Journey Cover

Artıq Kontent Yaradıcılığına keçid etmişəm və müəyyən mövzularda kontent yaratmağa çalışıram. Hər şeyi əlimdə olan vasitələrlə edirəm; şəraitim elədir ki, çox da artığını gerçəkləşdirmək alınmır. Və mənim çox şeylərə marağım olduğundan müxtəlif brendlər yaradaraq onlarla bir-bir kontent yaradıram. Müəyyən mövzulara fokuslanıram: həyat tərzi, iş axtarışı, zövq aləmi, mental sağlamlıq və s.

Mənə ən çox maraqlı gələn və diqqətimi çəkən şeysə ASMR-dir. Azərbaycanda bu kontent növü üzrə çəkənlər azdır (2-3 qız bilirəm və yeganə oğlan mənəm, deyəsən) və mənim də arada izləmək xoşuma gəlir deyə özüm də onu çəkmək qərarına gəldim.

Nə qədər vaxt getsə də, hələ ki, kütləm çox deyil. Bu işə başlayanda elə hey deyirdim ki, ay belə edəcəm, elə edəcəm)). Bir növ ulduz xəstəliyi yaranmışdı içimdə. Lakin zaman keçdikcə, artıq mənə lazım olan şeyə fokuslandım - uyğun kütlə axtarışı. Özüm asosial olduğumdan, uyğun kəsləri tapmaqdan ötrü sosial mediadan istifadə edirəm. Müəyyən eksperimentlər aparıram, baxam ki, nə işləyir, nə yox. Arada, nəsə tutmayanda yaman əsəbləşdirir məni)). Ancaq zamanla təmkinli olmağı və lazım olan şeyə fokuslanmağı öyrənmişəm.

İndi bəs bu iş alınmasa necə? Uzaqbaşı, hobbi kimi saxlayacam. Özüm isə ara işlərində çalışacam. Nə olursa olsun, gələcəyə dair ümidim var və bəlkə də, daha böyük şeyləri gerçəkləşdirə biləcəm. Baxarıq.