✨ İT-dən Kontent Yaradıcılığına Doğru Addımladığım Yol Barədə

Profile Picture Kanan Nuruyev
IT to Content Creation Cover

Mənim həyatımın böyük hissəsi rəqəmsal arenada keçib. Ortancıl səviyyədə bir oyunçu olmuşam və boş vaxtımı onunla keçirərək müxtəlif janrlarda video oyunlar bağlamışam. Bunun mənə töhfəsi olub deyə bilərəm, çünki, tənqidi düşüncəmin ərsiyyə gəlməsində ən böyük səbəbkar kimi video oyunlarla olan təcrübəmi qeyd edə bilərəm.

Mənim kompüterlə olan bağlılığım məni İT-ə qədər yolumun qət etməsinə səbəb oldu. Düzü, mən bu sahəyə təsadüfi baş vurmuşam, sadəcə ona əvvəldən meyilliyim olduğu üçün mənim karyera yolunun oradan keçməsi mənim üçün təəccüblü bir hal sayılmaz.

İT təhsili aldıqdan sonra isə müəyyən karyera növləri sınamaq qərarına gəlmişəm və beləcə, UX/Uİ Dizayn, Qrafik Dizayn və oxşar tipdə olanlara nəzər salıb daha sonra Frontend Proqramlaşdırmaya üz tutmuşam. Burada müəyyən bacarıqlara yiyələnsəm də, nəticədə, burnout yaşadığıma görə, sonda, bu sahədə öz yerimi tapa bilməmişəm. Çox sınadım, çox çalışdım, amma alınmadı.

Və sonunda yol məni kontent yaradıcılığına gətirdi. Çünki gördüm ki, bu iş mənə zövq verir – çətin olsa da belə, davamlılıq gətirir. Mənim kimlərləsə oturub danışmaq, mənalı söhbətlər etmək, bir sözlə, fikir mübadiləsi aparmaq xoşuma gəlir. Və bunu monetizasiya edə bilməyim yaxşı olardı.

Bu yol hazırda mənim üçün çox dəyərlidir. Əgər heç nə alınmasa, ən azından bunu hobbi kimi saxlamağı düşünürəm. Əslində çox şeylərə həvəsim var, sadəcə onları sınamasam, nəticə çıxara bilməyəcəm. Həyat elə özü sınaqlardan ibarətdir və burada çoxlu səhvlər etmək ehtimalı yüksəkdir. Boşuna nəzəriyyə söyləmək yerinə, sadəcə, addım atıb bir-bir baxırsan ki, nə işləyir, nə yox. Və nəticə də, ortaya nəsə çıxmış olur.

Bu da belə. Görək, necə olur.

c:\Users\user\Documents\kanannuruyevs-website\pages\it-to-content-creation.html