Sosial mediada uyğun auditoriyanı tapmaq niyə bu qədər çətindir?

Profile Picture Kanan Nuruyev
Social Media Finding Audience Cover

Kontent yaratmağın arxa planında çox vaxt görünməyən suallar olur. Uyğun auditoriyanı tapa bilməmək, az reaksiya almaq, klassik SMM yanaşmalarının hər kəs üçün işləmədiyini hiss etmək. Xüsusilə bu yola yeni başlayan biri üçün bunlar ciddi çaşqınlıq yarada bilər.

Bəzən spontan paylaşımlar planlı sistemlərdən daha səmimi olur. Lakin bu bir çox hallarda lazımi kütləyə çatmaqda çətinliklər yarada bilər.

Mənim məqsədim sırf trend dalınca da qaçmaq deyil. Məni anlayan, mənalı ünsiyyət qura bilən, dinləməyi bacaran insanlarla qarşılaşmaqdır. Yaş çox böyük önəm kəsb edən amil deyil (18+ olsun auditoriya, yeterlidir). Düşüncə tərzi və ünsiyyət önəmlidir. Bizdə meetup mədəniyyəti, filan az olduğu üçün də sosial media kütlə tapmaq və ya formalaşdırmaq üçün çıxış yollardan biri kimi görünür.

İndi bu problemi necə həll etməyi düşünürəm? Elə öz prinsipə sadiq qalaraq müəyyən şeyləri eksperimentdən keçirmək. Ayrı variant qalmır mənə. Çünki, kimsə üçün işləyəcək bir şey məndə işləməyə bilər. Bunu nəzərə almaq önəmlidir.